Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 aprel tarixində verir.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Növbəti qəbulda müxtəlif ərazilərdən ümumilikdə 40 nəfərə yaxın vətəndaş müraciət edib. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.
Sonda icra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.