Masallı RİH başçısı Tüklə ərazisinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. Bu haqda bu gün, 24 aprel tarixində Cenublu.az xəbər verir.
Araz Əhmədov sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.
Daha sonra rayon rəhbəri vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.