Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Sərçuvar ərazisində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Araz Əhmədov sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək, ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.
Daha sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsi yerində həll edilib, digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.