Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qarğalıq ərazisinin sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 avqust tarixində verir.
Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsini dərhal yerində həll etmək mümkün olub, digər məsələlər barəsində isə müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib.