Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Lürən kəndi ərazisində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində verir.
Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.
Sonda Araz Əhmədov səyyar-görüşü yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.