Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Böyük Kolatan ərazisinin sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Qəbulda Araz Əhmədov sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verib. E.Fəttayev iştirakçıları ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti barədə məlumatlandırıb.
Sonra icra başçısı qəbul iştirakçılarının onları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Məsələlərdən bir neçəsi yerində həll olunub, digərləri barəsində vətəndaşlara qanunamüvafiq izahat verilib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.