Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəran və Masallıda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində verir.
Belə ki, Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsindəki bazar ərazisində yerləşən və sahibkarlar Rəvan Pənah oğlu Həsənzadə, Allahşükür Atəş oğlu Həsənov və Həbib Mircəlal oğlu Seyfullayevə məxsus məntəqələr, habelə Masallı şəhəri, 20 Yanvar küçəsi, “Köhnə bazar” ərazisində Sübhi Firudin oğlu Kişiyevə məxsus məntəqə cərimələnərək, sahibləri barəsində inzibati protokol tərtib olunub.