Lənkəranda qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər görülüb.
Cenublu.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, qurumun əməkdaşları Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlayıblar. Nəticədə məntəqələrin sahibləri (Həsənov Atəş və Babayev Cavid) barəsində inzibati protokol tərtib edilib.