Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran və Masallıda yerləşən heyvan kəsimi və ət satışı məntəqəsində nəzarət tədbirlərini həyata keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində verir.
Yoxlama zamanı bir sıra obyektlərdə nöqsanlar aşkar olunub. Nəticədə Masallı (Xəlil Xəlilov, Qasım Cəfərov, Bəhruz Mirzəyev, Siruz Cəfərov, Rafət Hacıyev) və Lənkəran rayonları (Rauf Abbasov, Atəş Həsənov, Qabil Seyfullayev, Allahşükür Həsənov, Sərhad Əsgərov) üzrə məntəqələrin sahiblərinə icrası məcburi göstərişlər verilib.