Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Cəlilabadda yerləşən marketlərdə yoxlama aparıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində verir.
Belə ki, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsində yerləşən “Ruzi” marketinin sahibi obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi səbəbindən cərimələnib.