"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının nümayəndələri Masallı DAİM-də fəaliyyət göstərən könüllülərlə görüşüblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində verir.
Görüş zamanı ölkəmizdə aparılan gənclər siyasətinin əhəmiyyəti, gənclərə yönəlik strateji islahatlar, dövlət qurumlarında həyata keçirilən könüllülük fəaliyyətinin tənzimlənməsi mexanizmləri, könüllülərin hüquq və vəzifələri haqqında məlumat verilib.
Daha sonra təşkilatın ümumi fəaliyyəti, fəaliyyət istiqamətləri və həyata keçirilən layihələri ilə bağlı məlumat diqqətə çatdırılıb.
Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.