Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin 7 mart tarixinə təyin olunmuş qəbulu təxirə salınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Görüş 29 mart tarixində saat 10:00-da Astara şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq.
Xatırladaq ki, qəbulda iştirak üçün [email protected] elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını doldurmaq lazımdır.
Əlavə olaraq, 012 597 0047; 012 595 1350 nömrəli telefonlar (daxili nömrə: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.