Cəlilabad rayon sakini dənizdə boğularaq dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Hadisə paytaxt ərazisində yerləşən Bilgəh çimərliyində baş verib. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-cü kurs tələbəsi olan Dəyanət Muradlı dənizdə boğularaq ölüb.
Qeyd edək ki, D.Muradlı Cəlilabad rayonunun Adınalı kənd sakinidir.