Bu gün şəhid Ceyhun Sadıqovun doğum günüdür.
Ceyhun Niyaməddin oğlu Sadıqov 2002-ci il avqustun 26-da İmişli rayonu Şahverdilər kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, İkinci Fəxri Xiyabanda dəfn edilib.
Şəhidimiz "Vətən uğrunda" medalı və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.