SON XƏBƏRLƏR

Masallının Mahmudavar kəndindən olan Dəniz Səttarlı dünyanın ən yaxşı universitetlərindən biri, Amerika Birləşmiş Ştatlarında yerləşən Massaçusets Texnologiya Universitetində bakalavr təhsil alacaq. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az xəbər verir.

Səttarlı Dəniz Zaur qızı 2006-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. İlk təhsilinə Mahmudavar məktəbində başlayan qızımız 2017-ci ildə 2-ci yerlə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olub.

9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə göstərən Dəniz iki il ard-arda Respublika fənn Olimpiadaları birincisi olub. Ötən ilin (2022) 10-18 iyul tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadasında (IChO) Dəniz Səttarlı bürünc medal qazanıb.

Qeyd edək ki, buna qədər Mahmudavar kəndindən xanım olaraq yalnız Arzu Ağayeva Amerikada ali təhsil almağa müvəffəq olub. Belə ki, Los-Ancelesdə bakalavr təhsili alan A.Ağayeva hazırda Bruklin şəhərində yaşayır.

Mənbə: Faiq Hüseynzadə

Piyada zolağı
Yollarda vəziyyət

Lənkəranın mərkəzində piyada keçidi xətti pozulub

Lənkəranda sakinlərin təhlükəsizliyini təmin edən piyada keçidi xəttinin yenilənməyə ehtiyacı var. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az xəbər verir. Sözügedən keçid Heydər Əliyev prospektində yerləşir. Lənkəran şəhər İcra