Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər tarixi” mövzusunda tarix dərsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 oktyabr tarixində verir.
Tədbirdə Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər. Dərs zamanı muzeyin əməkdaşları Əntiqə Tağıyeva və Nazənin Heydərzadə Zəfər tarixi haqqında şagirdlərə geniş məlumat veriblər.
Yekunda şagirdlərin muzeyə ekskursiyası baş tutub.
Qeyd edək ki, keçirilmiş tarix dərsi nəzəri və praktik hissələrdən ibarət olub.