Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elgün Abdullayev həbs olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Apa.az-a istinadən verir.
Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən iclasda Elgün Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 308 ( vəzifə səlahiyyətlərindən sui istifadə) və digər maddələrlə ittiham olunur.
Qeyd edək ki, iki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.