Lənkəranda 9 bölgəyə xidmət göstərəcək Regional Perinatal Mərkəz açılıb. Bu haqda məlumatı bu gün, 8 yanvar tarixində Cenublu.az verir.
Əvvəl Perinatal mərkəz Lənkəran Rayon Mərkəzi xəstəxanasında, 1 şöbədə fəaliyyət göstərirdi. Yeni yaradılmış mərkəzdə isə artıq 76 çarpayılıq yer var.
Mərkəzin açılması ilə regionda doğumla bağlı yaşanan problemlərin azalması gözlənilir.
Qeyd edək ki, Perinatal Mərkəz Heydər Əliyev prospektində, Sahil parkı ilə üzbəüz yerləşir.