DSX-nin ildırım vurması nəticəsində həlak olan 2 hərbi qulluqçusuna şəhid statusu veriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində Qafqazinfo.az-a istinadən verir.
Xəbər verdiyimiz kimi, mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində vəfat ediblər. Hadisə hərbçilərimizin xidməti vaxtında baş verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, hərbi hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.