Dövlət Sərhəd Xidmətinin (DSX) 2 hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində verir.
İyunun 9-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.