Azərbaycanda transgenderlə münasibətdə olan gənc yaşadığı kənddən qovulub.
Ölkə.az-ın məlumatına görə, hadisə cənub rayonlarından birində (həssas məqamları nəzərə alaraq rayonun və kəndin adını qeyd etmirik) baş verib.
Belə ki, rayonun ucqar kəndlərindən birinin sakini olmuş Möhsün (ad şərtidir) bir müddət əvvəl işləmək məqsədilə Bakıya üz tutub.
Möhsün Bakıda transgender Səfa (ad şərtidir) ilə tanış olub və onunla bir müddət yaşayıb. Lakin Möhsünün atası oğlunun münasibətdə olduğu şəxsi qadın zənn edərək onu rayona dəvət edib və nişan mərasimi təşkil edib.
Səfanın cinsi azlıq nümayəndəsi olduğunu anlamayan ailə onun səs tonundan şübhələnib.
Transgender iddia edir ki, oğlanın atası onları ayırmaq üçün Möhsünü polisə şikayət edib və onu narkotik istifadəçisi olmaqda ittiham edib. Vəziyyəti öyrənən kənd sakinlərinin Səfa ilə Möhsünü kənddən qovduğu bildirilir.
View this post on Instagram