Cəlilabad rayonunda yerləşən Paşatəpə qədim yaşayış məskənində qazıntılar aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 avqust tarixində Report-a istinadən verir.
Tarixi ərazi rayonun Cəfərxanlı kəndində yerləşir. Qazıntı işlərini Tarix, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları aparırlar.
Kəndin mərkəzində yerləşən ərazidə ötən il qazıntılar zamanı 9 min il əvvələ aid olan yaşayış məskəni aşkar edilib. Ərazidə, həmçinin çoxlu məişət əşyaları və insan sümükləri tapılıb.
Bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkar olunub.
Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.