top
“Xalq düşməninin arvadı” kimi tanınan Lənkəranın ilk qadın-müəllimi kimdir?
16 noyabr 2024, 00:06
- +

“Xalq düşməninin arvadı” kimi tanınan Lənkəranın ilk qadın-müəllimi kimdir?

Məryəm Bayraməlibəyova 1898-ci il yanvar ayının 22-də Lənkəran şəhərində anadan olub.

Keçən əsrin əvvəllərində cənub zonasında qızlar üçün məktəb yox idi. Məryəm xanım bu iş uğrunda mübarizə aparır və atasının köməkliyi ilə 1918-ci ildə qızlar üçün Lənkəranda “Ünas” (“Qızlar”) məktəbini açıb. Atası öz evinin otaqlarından birini sinif otağı üçün ayırıb. Lakin problem tək yer tapmaqda deyildi. O vaxtlar bir çox ailələr qızlarına təhsil almağı qəti şəkildə qadağan edirdi. Çətinliklərə baxmayaraq, Məryəm xanım və atası Lənkəranı qapı-qapı gəzərək, insanları inandırıb məktəbə 9-12 qız toplaya biliblər.

Şagirdlər burada təkcə yazmaq, oxumaq öyrənmirdilər, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərin qarşısında çıxış edirdilər. Bu çıxışlardan toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün xərclənirdi. Bu məktəbin müxtəlif illərdəki məzunları görkəmli teatr sənətinin ustaları – Xalq artistləri Həqiqət Rzayeva, Cahan Talışinskaya, Münəvvər Kələntərli olublar.

Məryəm xanım Lənkəranda yeganə qadın müəllim idi. Dindar qadınlar belə gənc müəllimin hekayələrini dinləməyə gəlirdilər. O, qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. 1925-ci ildə Moskvada keçirilmiş I Ümumittifaq Müəllimlər qurultayının iştirakçısı və Qızıl Meydanda çıxış edən Şərqin ilk qadını idi. Məryəm xanım ömrü boyu savadsızlığa qarşı mübarizə aparır, qadınları mədəni və ictimai həyata cəlb etməyə çalışırdı. Bu məqsədlə Məryəm Bayraməlibəyova Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətini də yaradıb.

Lənkəranın ilk qadın müəlliminin həyatı heç də sadə olmayıb. Onun yoldaşı – Cavad bəy Məlik-Yeganov 1918-ci ildə Respublikanın müstəqillik bəyannaməsini imzalayan parlamentin 16 üzvündən biri olub. Sovet dövründə buna görə Kareliya düşərgələrindən birinə sürgün edilib və orada ölüb. Əvvəlcə Məryəm xanımı “xalq düşməninin arvadı” adlandırırdılar, sonra isə 1937-ci ildə heç bir siyasi təşkilata daxil olmadığına baxmayaraq, onu Müsavat partiyasının fəal üzvü kimi məhkum ediblər. İlk aylarını Bayıl həbsxanasında keçirib, sonra Arxangelsk şəhərinə köçürülüb.

1948-ci ildə həbs müddəti başa çatıb və Bayraməlibəyova Bakıya qayıdıb. O vaxta qədər Məryəm xanım görmə qabiliyyətini itirib və əmək, ictimai fəaliyyətinə qayıda bilməyib. 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə bütün ittihamlar Məryəm xanımdan götürülüb və adı reabilitasiya olunanların siyahısına daxil edilib. Yoldaşı Cavad bəy Məlik-Yeganov isə bir il sonra, 1957-ci ildə reabilitasiya olunub.

Məryəm Bayraməlibəyova 1987-ci ildə 89 yaşında Bakıda vəfat edib. 2000-ci ildə Məlik-Yeganovların Bakıda yaşadığı binaya onların xatirə lövhəsi vurulub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:34

Nazir Anar Əliyev Salyanda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:27

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 15:33

Masallıda vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Bütün xəbərlər
Bu gün, 14:30

Yanvar-may aylarında neçə şəxsə əlillik təyin olunub?

Bütün xəbərlər
Bu gün, 13:24

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:29

Lənkəranlı Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 11:33

Narkotikin təsirində olan sürücünün sərnişinində də narkotik aşkarlandı

Kriminal
Bu gün, 10:30

Cəlilabadda dəhşətli qətl: Təhqir etdiyi üçün 74 dəfə bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:23

Xəzərdə zəlzələ qeydə alınıb

Bütün xəbərlər
Dünən, 17:09

Bu il 70 uşaq övladlığa verilib

Kriminal
Dünən, 16:06

Lerikdə dayı bacısı oğlundan şübhələndi - Bıçaqladı

Kriminal
Dünən, 15:02

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:10

Arazda batan Turanın axtarışları davam edir

Kriminal
Dünən, 13:06

Taleh Qaraşova sui-qəsd hazırlayanın apellyasiya şikayətinə BAXILDI

Kriminal
Dünən, 12:05

Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:06

BDU-nun Astrofizika kafedrası: Meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 09:02

Lənkəran Dövlət Universitetinin müəllimi vəfat edib

Bütün xəbərlər
08 iyun 2026, 17:01

Toy karvanında avtoxuliqanlıq edənlər məsuliyyətə cəlb olunublar

Kriminal
08 iyun 2026, 16:03

7 nəfərin meyiti tapıldı

Kriminal
08 iyun 2026, 15:02

Çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçirilib

Cəmiyyət
08 iyun 2026, 14:11

16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsinə məhdudiyyət qoyulacaq

Bütün xəbərlər
08 iyun 2026, 13:03

Ailə başçısını itirməyə görə ötən ay 195 155 şəxsə pensiya və müavinət ödənilib

Bütün xəbərlər
08 iyun 2026, 12:03

İmişli sakini Araz çayında batdı

Bütün xəbərlər
08 iyun 2026, 11:09

İki rayonun kəndlərində qaz kəsilib

Oxşar xəbərlər