SON XƏBƏRLƏR

“Qarabağ”ın əvəzedici futbolçusu, əslən Astaradan olan Şirxan Həsənzadə vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.

22 aprel tarixində “Qarabağ”ın əvəzedici komandasının məşqinin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan müdafiəçi bir neçə gün xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 20 yaşlı Şirxan Həsənzadə “Xəzər Lənkəran”ın yetirməsi, “Qarabağ” FK əvəzedici heyətinin kapitanı idi.