Lənkəran Şəhər Stadionu yararsız haldadır. Bu haqda bu gün, 25 mart tarixində Cenublu.az Sportinfo.az-a istinadən xəbər verir.
Arenanın qapıları hər kəsə açıqdır. Lakin pas atmış dəmirlər, kol-kos basmış asfalt örtüyü, oturacaqların sıradan çıxması, oyun meydanının baxımsızlığı insanları kədərləndirir.
Qeyd edək ki, bu stadion bir vaxtlar "Xəzər Lənkəran"ın "Fırtınalar meydanı" idi.