top
Bu gün Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin anım günüdür
10 fevral 2026, 10:06
- ↺ +

Bu gün Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mirzə Ağamurad oğlu Cəbiyev 22 fevral 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub.

1943-cü ildə Mirzə Cəbiyev könüllü şəkildə orduya xidmətə gedib. O, 1944-cü ildə kiçik leytenant rütbəsini alıb. Cəbiyev Belarus, Litva, Polşa və Almaniyada olan döyüşlərdə iştirak edib.

Mirzə Cəbiyev 6 aprel 1945-ci ildə Keniqsberq ətrafındakı (hazırda Rusiya, Kalininqrad) döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək, 5 fortu (istehkam) zəbt etmişdi. Cəbiyev şəxsən 8 nəfər düşməni məhv edib və 13 nəfər əsir götürərək, yaralanıb. O, bu şəhərin ən hündür qalasına qələbə bayrağını sancıb. Bu səbəbdən 19 aprel 1945-ci ildə "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülür və bu adı qazanan ən gənc azərbaycanlı olur.

Mirzə Cəbiyev sonralar "Lenin", "Qırmızı ulduz", "Şərəf" və s. orden və medallarla təltif olunub.

Cəbiyev müharibədən qayıdandan sonra müxtəlif vəzifələrdə çalışıb, uzun illər Hamoşam kəndində təsərrüfat rəhbəri işləyib. O, 1960-cı illərdə heç bir texnikadan istifadə etmədən, yalın əllə mürəkkəb relyef şəraitində yerləşən Hamoşam kəndinə ilk avtomobil yolu salıb.

Heydər Əliyev Mirzə Cəbiyev haqqında deyirdi ki, ona dəfələrlə şəhərə köçmək, böyük vəzifələrdə işləmək təklif edilsə də, o, doğma kəndindən ayrılmamış və oradakı əhaliyə əlindən gələn köməyi etmişdi.
Mirzə Cəbiyev 10 fevral 1978-ci ildə vəfat edib və Astara şəhərində dəfn olunub. Sonradan doğmalarının xahişi ilə qəhrəmanın nəşi Hamoşam kəndinə gətirilərək, orada torpağa tapşırılıb.

Hazırda Astara şəhərində Mirzə Cəbiyevin büstü qoyulub, mərkəzi küçələrdən birinə və şəhərdəki məktəbə onun adı verilib. Astara rayonunun Hamoşam kəndində isə Cəbiyevin ev-muzeyi var. Həmçinin Kalininqrad şəhərində onun adı Keniqsberq ətrafındakı döyüşlərdə iştirak edənlərin siyahısında və xatirə lövhəsindədir.

Qeyd edək ki, Mirzə Cəbiyevin nəvəsi Çinar Mühəddin oğlu Əliyev 2008-ci il yanvarın 4-də Ağdam bölgəsində hərbi xidmət vaxtı düşmənlə üzbəüz mövqedə təxribatın qarşısını alarkən şəhid olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
07 noyabr 2026, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Oxşar xəbərlər