Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Masallıda yeni fəaliyyətə başlayan sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzini ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində agentliyə istinadən verir.
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılan mərkəzdə Masallıdan olan 100 nəfər adıçəkilən kateqoriyaya aid uşaq sosial xidmətlərdən istifadə edə biləcək.