top
Cəlilabadda 74 bıçaq zərbəsilə qətl törədən qərardan şikayətçidir
14 iyul 2026, 17:27
- ↺ +

Cəlilabadda 74 bıçaq zərbəsilə qətl törədən qərardan şikayətçidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Şirvan Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Təhmasib Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə Cəlilabad rayonunda baş verib. Təhmasib Əliyev qardaşının həyat yoldaşı Rəviyyə Nərmanova ilə həyətdə yaranmış mübahisədən sonra qadından qisas almaq qərarına gəlib. Mübahisə zamanı zərərçəkmişin onu və mərhum atasını təhqir etməsi təqsirləndirilən şəxsin narazılığına səbəb olub.

İstintaqla müəyyən edilib ki, həmin gecə spirtli içki qəbul edən Təhmasib Əliyev qatlanan bıçaq götürərək açıq pəncərədən evə daxil olub. Otaqda yatmış qadın yaranan səsə oyansa da, qaranlıq olduğundan qarşısındakı şəxsi həyat yoldaşı hesab edib.

Bundan istifadə edən təqsirləndirilən şəxs əvvəlcə qadının boğazından tutub, daha sonra ona çoxsaylı bıçaq zərbələri endirib. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, Rəviyyə Nərmanovaya ümumilikdə 74 bıçaq xəsarəti yetirilib, onlardan 6-sı həyat üçün təhlükəli ağır xəsarətlər olub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmədə ifadə verən Təhmasib Əliyev əməlini etiraf edərək bildirib ki, təhqirlərdən sonra əsəbiləşib, gecə yata bilməyib və qisas məqsədilə bu cinayəti törədib. O, hadisə zamanı sərxoş olduğunu, neçə zərbə vurduğunu xatırlamadığını deyib və peşman olduğunu bildirib.

Zərərçəkmişin hüquqi varisi olan bacısı isə hadisədən əvvəl ailə daxilində ciddi mübahisələrin yaşandığını, bacısına ölüm hədələri edildiyini söyləyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təhmasib Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: pravda.аz

Son xəbərlər

İdman
Bu gün, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
Bu gün, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
Bu gün, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Bütün xəbərlər
Bu gün, 14:55

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

İqtisadiyyat
Bu gün, 14:20

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Kriminal
Bu gün, 13:45

Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

İqtisadiyyat
Bu gün, 13:05

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

Bütün xəbərlər
Bu gün, 12:35

Azərbaycanda məktəblərdə "TikTok"a çıxış məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Lənkəran sakinlərinin sahibsiz itlərdən ŞİKAYƏTİ

Bütün xəbərlər
Bu gün, 11:15

Bu gecə meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 10:35

Sabah üç rayonda qaz olmayacaq

Kriminal
Bu gün, 10:00

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: ölən var

Bütün xəbərlər
Bu gün, 09:32

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Oxşar xəbərlər