“Xan Lənkəran”ın prezidenti Lənkəranda futbolu inkişaf etdirmək üçün stadion tikdirəcək. Bu haqda bu gün, 25 iyul tarixində Cenublu.az Pərviz Hüseynovun rəsmi İnstagram hesabına istinadən xəbər verir.
O bildirib ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yeni stadion inşa etməyə hazırdır. Pərviz Hüseynov qeyd edib ki, bu addım gənc nəslin idmana, xüsusilə futbola olan həvəsini artırmaq üçün atılır.