Bu gün, 26 oktyabr tarixində SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycanın “Fəxri Bədən tərbiyəsi” və “İdman işçisi” Qurbanəli Qiyas oğlu İsayevin 75 illik yubileyidir.
Qurbanəli İsayev 1947-ci ildə Masallı şəhərində anadan olub. 1954-1964-cü illərdə şəhər 1 saylı orta məktəbdə təhsil alıb.
1964-1966-cı illərdə Sumqayıt şəhər 5 nömrəli peşə məktəbində oxuyub.
Hərbi xidmətdən qayıtdıqdan sonra, 1968-ci ildə Azərbaycan Balıq Sənaye Texnikumununa daxil olub. Oranı bitirdikdən sonra Azərbaycan Dövlət Bədən tərbiyəsi İnstitutunda təhsil alıb. 1977-1979-cu illərdə Uşaq İdman Məktəbində, 1979-2000-ci illərdə Bakı Məhsul Cəmiyyətində sərbəst güləş üzrə məşqçi-müəllim işləyib .
2000-2015-ci illərdə Masallı rayon Uşaq Gənclər İdman Məktəbində məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib.
Qurbanəli İsayev 1989-cu ildə Azərbaycan SSRİ Əməkdar məşqçisi, 2003-cü ildə Azərbaycanın “Fəxri Bədən tərbiyəsi” və “İdman işçisi” adlarına layiq görülüb.
Tələbələri SSRİ birinciliklərində ,Azərbaycan birinciliklərində, Beynəlxalq birinciliklərdə mühüm yerlər qazanıblar.