Lənkəranın fəxri Orxan Səfərov Bakıda start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.
66 kq çəki dərəcəsində döyüşən Səfərov yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.