top
Xəstələrin şəfa tapdıqları Zəli gölünü tanıyaq
24 iyun 2024, 05:01
- ↺ +

Xəstələrin şəfa tapdıqları Zəli gölünü tanıyaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad rayonunun Qamışlıgöl kəndində, Buravar sıra dağlarının ətəyində salınmış Zəli gölündə bu gün unikal şərq zəlisi yaşayır. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində Bizim.media-ya istinadən verir.

Zəli gölü Azərbaycan ərazisinə yürüş edən Əmir Teymurun əsgərlərinin yoluxucu xəstəliklərdən müalicəsi üçün yaratdığı düşərgədə qurulan süni göldür. Bu əraziyə "Mərəzxana" da deyilir.

Hazırda təqaüddə olan kənd sakini və müəllim Elnur Tağıyev deyir ki, uşaqlıqdan bu ərazidə yaşayan sakinlərin müalicəsinin əsasında zəlinin dayandığını görüb. Oynaq ağrılarından tutmuş ürək ağrılarına qədər zəli əvəzedilməz məlhəm rolu oynayıb. Hətta gicgaha qoyulan zəli göz zəifliyini tam aradan qaldıra bilib.

Qeyd edək ki, zəli ilə müalicə hirudoterapiya adlanır. Mütəxəssislərin fikrincə, zəli insan qanına öz ağız suyunu buraxdıqdan sonra onun tərkibindəki 60-dan çox zülal komponentləri müalicəvi təsiri sürətləndirir. Buna görə də zəli ürək-damar, ginekoloji, prostat, qalxanvari vəz, babasil və digər xəstəliklərdə çox kömək edir. Eyni zamanda qan təzyiqi stabilləşir, laxtalanmanın qarşısı alınır, yuxu və iştaha yaxşılaşır.
Hazırda zəli tutmaqla sözügedən kəndin bir neçə gənci könüllü olaraq məşğul olur. Yəni kimsə xəstədirsə, bu gənclər təmənnasız olaraq gölə daxil olurlar. Onların həm özlərinə məxsus zəli tutmaq texnikası var, həm də zəlini xüsusi nəğmə oxuyaraq çağırırlar.

"Zalxa, Zalxa, gəl bir qaşıq qan apar!" çağrışı ilə başlayan nəğmə zəli tutulana qədər davam edir. Bu nəğmənin də el içində uzun illərdir yaşadıldığı bildirilir.

Həmin gənclərdən olan Hüseyn Mirzəyev deyir ki, indi zəli tutmaq da çətinləşib. Çünki gölə su yığılmasının qarşısı zaman-zaman alınır. Avqustda isə göl quruduğundan zəlilər də tələf olub gedir. Əslində isə məhz isti aylarda zəli üzə çıxır və bu aylarda zəlidən istifadə daha çox məsləhət görülür.

Kənd sakinlərinin ən böyük arzuları göl ətrafında tibbi-istirahət müəssisənin yaradılmasıdır. Bu həm minillik şəfa mənbəyinin dirçəldilməsi, həm də tariximizin yaşadılması olardı.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Oxşar xəbərlər