top
Sovet Azərbaycanının 40 illiyinə hədiyyə kimi ekranlaşdırılmış “Səhər” filmi
14 mart 2023, 03:14
- ↺ +

Sovet Azərbaycanının 40 illiyinə hədiyyə kimi ekranlaşdırılmış “Səhər” filmi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tarixi-inqilabi “Səhər” filmi 1960-cı ildə lənkəranlı rejissor Ağarza Quliyev tərəfindən lentə alınıb. Ekran əsəri yazıçı Mehdi Hüseynin eyniadlı romanının motivləri əsasında çəkilib [1].

“Səhər” filmi Sovet Azərbaycanının 40 illiyinə hədiyyə kimi ekranlaşdırılmışdır.

“Kommunist” qəzetinin 1 dekabr 1959-cu il buraxılışında Ə.Ağayev adlı müəllifin ““Səhər” romanını ekranlarda görəcəyik” adlı reportajı dərc edilib. Həmin məqalədə filmin Balaxanıda lentə alındığı deyilir [3].

Filmdə Bakıda 1905-1907-ci illərdə baş verən inqilabi hadisələrdən danışılır. Ekran işində kənddən Bakıya gələrək, neft mədənlərində işləyən fəhlə Bayramın bolşeviklərin təsiri altında inqilabçıya çevrilməsindən bəhs edilir [2].

Ekran əsərində sənətkarlar Ələsgər Ələkbərov Rəhim bəy, Lütfi Məmmədbəyov Aslan, Əli Zeynalov Abuzər bəy, Nodar Şaşıqoğlu Əzizbəyov, Mustafa Mərdanov Əhməd kişi, Giuli Çexonolidze Bayram kimi obrazları canlandırıblar [1].

Filmin ən maraqlı obrazlarından biri Aslandır. Kinoşünas Şəhla Əmirli film haqqında deyib: “Kinorejissor Ağarza Quliyev XX əsrin əvvəllərində neft Bakısında baş verən dramatik hadisələrin mahiyyətinin ciddiliyinə vararaq, əsərin ekran təfsilatında müasirlik ideyasını da qabardıb. Müasirlik duyğusu hünərdir, cəsarətdir, azadlıq istəyidir, xarakter tamlığıdır, maarifləndirmək, habelə ailəyə hörmət, sevgiyə dəyər, sülhə çağırışdır. Bütün bunlar Aslanın şəxsiyyətində cəmlənib. O, mərddir, cəsurdur, sevgisinə sadiqdir, dostluqda dönməzdir”.

Filmin operatoru Dmitri Feldman, bəstəkarı Fikrət Əmirov, mahnıların söz müəllifi isə Nəbi Xəzridir. Fikrət Əmirovun kino musiqisində ilk işi məhz “Səhər” filmi olub [3].

Ədəbiyyat:


  1. Azərbaycan kinosu 1898-2002. I cild. Bakı-2003.

  2. Aydın Kazımzadə. Kino və zaman (1923-2016). Bakı-2016.

  3. https://medeniyyet.az/page/news/51896/60-yasli-Seher.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər