Bakıda mənzildən 35 yaşlı vəzifəli şəxsin meyit tapılıb.
Hadisə dünən saat 21:00 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.
Saatlı rayon sakini, 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.
Qeyd edək ki, Xubayar Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.
Mənbə: qafqazinfo.аz