Cəlilabadda avtomobilin 50 metr hündürlükdən aşması nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Cenublu.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan BMW markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil təxminən 50 metr hündürlükdən aşıb.
Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya hospitalizasiya olunublar.
Xəsarət alanlar Yardımlı rayon sakini, 46 yaşlı Elbrus Qafarov, Sumqayıt şəhər sakinləri, 23 yaşlı Zəhra Qafarova, 14 yaşlı S. Qafarov və 1 yaşlı M. Məmmədovadır.
Faktla bağlı araşdırma aparılır.