top
Od və su: “Yanar bulaq” - VİDEO
22 mart 2025, 03:50
- ↺ +

Od və su: “Yanar bulaq” - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonunun Ərçivan kəndinin cənubunda, Bakı-Astara magistral yolu yaxınlığında bir bulaq yerləşir. Bu bulağın digərlərindən fərqi ondadır ki, burada su alışıb-yanır.

Rayonda yaşayan insanlar arasında belə bir inanc da formalaşıb ki, kim hansı xəstəlikdən əziyyət çəkirsə, bu bulağın şəfalı suyundan içsə, əvvəlki sağlığına qovuşar. Deyilənə görə, sudan istifadə etməklə böyrək və bir sıra digər xəstəliklərdən sağalmaq mümkündür.

Mənbənin başqa bir xüsusiyyəti onun heç vaxt qurumamasıdır. Üstəlik, su alovlananda belə onu içmək mumkündür və orqanizmə heç bir zərər vermir. Bulaqdan daima axan kükürdlü su, bəzən 5-8 metr hündürlüyə də qalxır.

Yerli sakinlər ilk dəfə suyun unikal xüsusiyyətlərinin XX əsrin 70-ci illərinin ortalarında aşkar edildiyini söyləyirlər. Məhz o zaman yeraltı bulaqların mənşəyi və səviyyəsi ilə maraqlanan geoloqlar qrupu Azərbaycanda olub. Ərçivan ərazisində bir neçə yeraltı bulağın olduğunu aşkar etdilər və təxminən 100 m dərinlikdə bir quyu qazdılar.  Yerli əhali yayda qızmar günəş şüalarının altında suyun alovlandığının şahidi oldular. O vaxtdan, mənbə “Yanar Bulaq” adını daşıyır.

Bu prosesin qeyri-adi bir səbəbi yoxdur. Alimlərin apardıqları araşdırmalar nəticəsində, bulağın kimyəvi tərkibində çox miqdarda kükürd aşkar edilib. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından, alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır.

Astara rayonunun turizm marşrutuna daxil edilən “Yanar bulaq” kompleksi həm də yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.


 











View this post on Instagram























 

A post shared by Cenublu.Az (@cenublu.az)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Noyabrda rayonlarda vətəndaş qəbulları keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:30

Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq

İdman
Dünən, 16:53

Sabirabadın "Marafon" klubundan sensasiya: Daha güclü liqanın komandasını Kubokdan kənarlaşdırdı

Bütün xəbərlər
Dünən, 16:28

Salyan sakini anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

Bütün xəbərlər
Dünən, 15:37

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Bütün xəbərlər
Dünən, 14:38

İgid şəhid Cəlil Cavadovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:45

Sabah Yardımlıda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 13:10

Həlak olmuş əməkdaşın ailəsinə medallar təqdim edilib

Bütün xəbərlər
Dünən, 12:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 11:55

Astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:18

Neftçalalı qazinin qətli ilə bağlı DETALLAR

Bütün xəbərlər
Dünən, 11:00

Masallıda bu gün işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 10:28

Neftçalada avtoqəza: Xəsarət alanlar var

Kriminal
Dünən, 09:29

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Bütün xəbərlər
Dünən, 00:05

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

27 oktyabr 2020-ci il: Vətən müharibəsinin 31-ci günü

Bütün xəbərlər
26 oktyabr 2026, 18:00

Biləsuvar bazarını yağış suları basıb - VİDEO

Bütün xəbərlər
26 oktyabr 2026, 17:28

Masallının keçmiş icra başçısı əməliyyat zamanı öldü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:00

Lənkəranda sitrus festivalı keçiriləcək

Bütün xəbərlər
26 oktyabr 2026, 16:15

Sabah Saatlıda qaz olmayacaq Sabah Saatlıda qaz olmayacaq

Bütün xəbərlər
26 oktyabr 2026, 15:40

Lerikli şəhid Ağamid Ağacəfərlinin anım günüdür

Bütün xəbərlər
26 oktyabr 2026, 15:10

Bahar Muradova Salyanda vətəndaşları qəbul edəcək

Oxşar xəbərlər