Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Astarada sakinləri qəbul edəcək. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.
Müavin Anar Kərimovla görüş 21 dekabrda baş tutacaq.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 12-16 dekabr tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.