Masallıda defektoloq-loqoped tərəfindən ödənişsiz ilkin müayinə təşkil ediləcək. Bu haqda bu gün, 18 noyabr tarixində Cenublu.az Uğur PNİM Masallı Facebook səhifəsinə istinadən xəbər verir.
Müayinə 25-30 noyabr tarixlərində Uğur Psixoloji və Nitq İnkişaf Mərkəzində baş tutacaq. Təmənnasız görüləcək müayinə defektoloq-loqoped Xalidə Bağırova tərəfindən aparılacaq.
Uğur Psixoloji və Nitq İnkişaf Mərkəzi Masallı rayonu, H.Əliyev prospekti, 87 ünvanında yerləşir.
Qeydiyyat və əlavə məlumat üçün 051-508-00-49 nömrəsi ilə əlaqə saxlamaq olar.