“O biri otaq” ənənəvi şahmat turnirlərini təşkil etməyə davam edir. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.
11 dekabr saat 11:00-da baş tutacaq turnir sosial platformanın fəaliyyət göstərdiyi “Tor coffee shop”da keçiriləcək. Platforma turnirlərdən əlavə, şahmat klubu da təsis edir. Turnirə giriş 3 manat təşkil edir.
Qeydiyyat üçün: 050 531 92 94; 051 568 44 41.