Lənkəran Dövlət Dram Teatrında Hafiz Mirzənin "Ay lolo və ya moskvalı gəlin" tamaşası nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.
Tamaşa 10 noyabr saat 17.00-da təqdim olunacaq. Biletlər teatrın kassasında satılır.
Əlavə məlumat üçün: (051)601-31-40 nömrəsi ilə teatrın baş inzibatçısı Namiq Ağayevlə əlaqə saxlamaq olar.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanovdur, musiqi tərtibatı isə Fərahim Fərəcova aiddir.