top
“İşimizin bəhrəsini görmək mənim üçün ən böyük mükafatdır” - Lənkəranlı fermer xanımla ÖZƏL MÜSAHİBƏ
07 aprel 2025, 05:16
- ↺ +

“İşimizin bəhrəsini görmək mənim üçün ən böyük mükafatdır” - Lənkəranlı fermer xanımla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublikamızda fermer təsərrüfatlarında işləyən kişilərlə yanaşı, bu sahədə çalışan fermer xanımlarımız da var. Onlardan biri də Lənkəran sakinidir.

Cenublu.az-ın bugünkü müsahibi ömrünün 17 ilini torpağa, kənd təsərrüfatına bağlayan fermer xanım Rəftarə Şükürovadır.

Lənkəran rayonunun İstisu qəsəbəsində yaratdığı “Sitrus vadisi” fermer təsərrüfatında müxtəlif növ sitrus meyvələri yetişdirən Rəftarə xanım 15 hektara yaxın torpaq sahəsinin 6 hektarında feyxoa, 3,5 hektarında kivi, 2 hektarında digər sitrus meyvələri, 1 hektarında isə qarışıq meyvə bağları salıb.

Müsahibəni təqdim edirik:

- Kənd təsərrüfatına necə başladınız? Bu sahəyə marağınız necə yarandı?

- Lənkəran şəhərində yaşayıram. Təsərrüfatı çox sevirdim. Bağımız var idi. Marağım olduğundan idarəetməni üzərimə götürdüm. 

- Fermerlikdə qadın olmağın sizə gətirdiyi xüsusi çətinliklər nələrdir?  

- Şəhərdə böyüyüb boya-başa çatsam da, min bir əziyyətlə saldığım bağda daha çox vaxt keçirirəm, orada böyük həvəslə çalışıram. Hər gün səhər 8-də evdən çıxıb, İstisu qəsəbəsindəki bağıma gəlirəm, axşam 6-da isə evə qayıdıram. Demək olar ki, günümün çox hissəsini bu bağda keçirirəm. Bağ bir növ mənim həyatımdır. Əlbəttə ki, hər bir işin öz çətinliyi var. Amma onu bilirəm ki, sevərək gördüyün iş çətin deyil. Ümumiyyətlə, təbiəti sevdiyimə görə bu iş mənim üçün çox əzizdir.

-  Fermerliklə məşğul olmaq sizin üçün necə bir həyat tərzidir?

- Əlbəttə, bu, artıq mənim həyat tərzimə çevrilib. İşimin vurğunuyam. Sanki körpə fidanlar böyüdürəm. İnkişaf edən hər bağa baxdıqca daha da fərəhlənirəm.

- İşinizin ən böyük mükafatı nədir?

- İşimizin bəhrəsini görmək mənim üçün ən böyük mükafatdır.

- Cənub bölgəsində sitrusçuluğa maraq artıb?

- Bölgəmiz subtropik iqlim zonasındadır və bu torpaqlarda sitrus meyvələri yetişdirmək üçün ideal şərait olduğuna görə belə qərar verdik. Ümumilikdə cənub bölgəsində sitrusçuluğa marağı artırıb.

- Sizə nə stimul verir?

- Dövlət tərəfindən kiçik fermerlərə göstərilən qayğı mənə daha da stimul verir. Bağımızın ərazisi ildən-ilə genişlənir. Bu məni daha da həvəsləndirir. 

- Kənd təsərrüfatı sahəsi inkişaf edirmi?

- Kənd təsərrüfatı hazırda özünün inkişaf dövrünü yaşayır. Dövlətimizin də kiçik fermerlərə göstərdiyi dəstək nəticəsində gəlirlərimiz daha da artır.

- Qadın fermerlərə dəstək olan dövlət proqramları və ya qeyri-hökumət təşkilatları haqqında nə düşünürsünüz?

- Fermerliyə başlamazdan əvvəl bu işi gizli saxlayırdım. İllər sonra cəmiyyətə açılaraq qadın sahibkarlığının güclənməsinə dəstək oldum. Hazırda təsərrüfatda çalışanların 90%-ni qadınlar təşkil edir.

- Fermer qadınların daha çox tanınması üçün hansı addımlar atılmalıdır?

- Düşünürəm ki, say əvvəlki illərə nisbətən artıb. Daha da çoxalması üçün təbliğ etmək lazımdır.

- Ümumiyyətlə biznes qurmaq üçün ilkin kapital nə qədər olmalıdır?

- Torpaq sahəsi olmalıdır. Ən başlıcası isə torpağa sevgi və həvəs olmalıdır. Bunlar olduqda işə başlamaq üçün bir çıxış yolu tapılacaq.

- Bu sahədə gələcəyinizlə bağlı nə kimi planlarınız var?

- Avropa İttifaqının bir neçə layihəsinin benefisiarı oldum. Beynəlxalq təcrübəni öyrənərək aqrar innovasiyaları Azərbaycanda tətbiq etdim. Mən “Citrus Valley” brendini tanıtmaq və aqroturizmi inkişaf etdirmək üçün fəaliyyətimi davam etdirirəm.

- Rəhbərlik etdiyiniz fermer təsərrüfatı haqqında danışmağınızı istərdim.

- Lənkəran rayonunun qabaqcıl təsərrüfatlarından biridir. Burada yetişdirilən məhsullar əsasən yerli bazarlarda, o cümlədən Bakı şəhərindəki mağazalarda və yarmarkalarda satışa çıxarılır. Həmçinin bağımda yetişdirdiyim meyvələrin kompotunu, cemini, mürəbbəsini və turşularını hazırlayaraq “Aqrar Tədarük və Təchizat” ASC-nin layihəsi olan “Kəndən şəhərə” və “Şəhərdən kəndə” layihələri çərçivəsində satışını həyata keçiririk.

Həmçinin paytaxt Bakıda keçirilən yarmarkalarda məhsullarımızı satmaqla bölgəmizi daha da tanıdırıq. Aqroturizm layihəsi çərçivəsində tez-tez qonaqlarımız da olur. Bunların sırasında diplomatik korpusun nümayəndələrini, Bakı məktəblilərini və yerli turistləri qeyd edə bilərəm. Eyni zamanda, Gəncədən və respublikamızın başqa rayonlarından da qonaqlar qəbul edirik. Hər kəs istədiyi vaxt gəlib bağımızın qonağı ola bilər.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Noyabrda rayonlarda vətəndaş qəbulları keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:30

Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq

İdman
Dünən, 16:53

Sabirabadın "Marafon" klubundan sensasiya: Daha güclü liqanın komandasını Kubokdan kənarlaşdırdı

Bütün xəbərlər
Dünən, 16:28

Salyan sakini anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

Bütün xəbərlər
Dünən, 15:37

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Bütün xəbərlər
Dünən, 14:38

İgid şəhid Cəlil Cavadovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:45

Sabah Yardımlıda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 13:10

Həlak olmuş əməkdaşın ailəsinə medallar təqdim edilib

Bütün xəbərlər
Dünən, 12:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 11:55

Astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:18

Neftçalalı qazinin qətli ilə bağlı DETALLAR

Bütün xəbərlər
Dünən, 11:00

Masallıda bu gün işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 10:28

Neftçalada avtoqəza: Xəsarət alanlar var

Kriminal
Dünən, 09:29

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Bütün xəbərlər
Dünən, 00:05

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

27 oktyabr 2020-ci il: Vətən müharibəsinin 31-ci günü

Bütün xəbərlər
26 oktyabr 2026, 18:00

Biləsuvar bazarını yağış suları basıb - VİDEO

Bütün xəbərlər
26 oktyabr 2026, 17:28

Masallının keçmiş icra başçısı əməliyyat zamanı öldü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:00

Lənkəranda sitrus festivalı keçiriləcək

Bütün xəbərlər
26 oktyabr 2026, 16:15

Sabah Saatlıda qaz olmayacaq Sabah Saatlıda qaz olmayacaq

Bütün xəbərlər
26 oktyabr 2026, 15:40

Lerikli şəhid Ağamid Ağacəfərlinin anım günüdür

Bütün xəbərlər
26 oktyabr 2026, 15:10

Bahar Muradova Salyanda vətəndaşları qəbul edəcək

Oxşar xəbərlər