top
Azərbaycanın cənub mirvarisi Astarada gəzməli-görməli yerlər
01 may 2024, 01:38
- +

Azərbaycanın cənub mirvarisi Astarada gəzməli-görməli yerlər

Astara Azərbaycanın qədim və inkişaf etmiş məntəqələrindən biri olub. Hələ Strabon öz qeydlərində Astara haqda yazılar yazıb. O, burada dəniz ləpələrinin dağların ətəyini yumasından və bir kiçik tənəyin bir səbət üzüm verməsindən bəhs edib.

Astaranın qədimliyini qoruyub saxlanmasını nəzərə alaraq, Cenublu.az izləyiciləri üçün Astarada yerləşən, tarixi ilə cəlb edən və gözəl mənzərəsi olan yerlər haqda məlumat toplayıb.

Bildiyimiz kimi, Astara mineral və termal bulaqları ilə zəngindir. Burada rayonun ən böyük “Yanar bulaq” kompleksini ziyarət edə bilərsiniz. Bulaq rayonun Ərçivan qəsəbəsində yerləşir. Buradakı kükürdlü su ilə bərabər, metan qazı da çıxdığından alovu suya yaxınlaşanda sudan ayrılan qaz məşəl kimi alovlanır. Bu sudan içmək üçün də istifadə etmək mümkündür.

Hirkan Milli Parkının çox hissəsi Astara rayonunun payına düşür. Burada qırmızı kitaba düşmüş dəmirağac ilə yaxından tanış ola bilərsiniz. Buradakı ağacların 200-300 yaşı var.

Qədim tarixlə müasir həyatın harmoniya təşkil etdiyi Astara bulvarı şəhərin müasir üzüdür. Bulvar Xəzər dənizi sahili boyunca 1 kilometr ərazini əhatə edir. Burada uşaqlar üçün attraksionlar, istirahət məkanları, velosiped sürmək üçün yollar, dəniz mənzərəli kafe və restoranlar, fəvvarə və s. var.

Rayonun Ərçivan qəsəbəsində yerləşən və 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi. Deyilənə görə, Şah İsmayıl Xətai 1499-cu ilin avqust ayında Şirvana yürüşü zamanı Astaradan keçərkən bu məsciddə namaz qılıb. O, tərəfdarları ilə Astaranın Ərçivan kəndinə gələrək, 1499-1500-cü illərin qışını burada keçirib.

Ərçivan qəsəbəsində 1806-cı ilə aid Kərbəlayi Həmid Abdulla hamamı Astaranın ən böyük hamamıdır. Bu hamam yumurta sarısı və ocaq külünün qarışığından hazırlanmış məmulatla çiy kərpicdən hörülüb. Odunla qızdırılan hamamın xüsusi istilik sistemi də olub. Həftəlik cədvələ görə, burada 2 gün kişilərin, 2 gün qadınların, 1 gün gənclərin, bazar günü isə müəllimlərin hamam günü olub.

Ərçivan qəsəbəsində yerləşən və 1906-cı ildə tikilən Ləm. Burada “Ulduz” filminin əsas səhnələrindən olan Məhəmmədlə Züleyxanın dialoqu lentə alınıb. Ləm sırf cənub bölgəsinə xas olan bir tikilidir. Yay aylarında sərin olduğundan may-noyabr aylarında yerli sakinlər burada həm yatırlar, həm yeyirlər, həm də qonaq qəbul edirlər. El arasında ləmə “yay evi” də deyirlər.

Astaraya gəlib Sım kəndini ziyarət etməmək olmaz. Azərbaycanın ən gözəl turistik dağ kəndlərindən biridir. Buranı açıq səma altında təbiət muzeyi adlandırmaq olar. Kənddə çoxsaylı vulkanik daşlar var. Kəndə gəlmişkən Sım Dustaqxana şəlalələrinə də qalxmaq olar. Şəlalələrə avtomobil yolu yoxdur. Deyilənə görə, Dustaqxana şəlaləsi orta əsrlərdə şahın cəza yeri kimi fəaliyyət göstərib. Ölüm cəzasına məhkum olunanları oradan şəlalənin aşağı hissəsinə buraxaraq öldürərmişlər. Həmin ərazidə tapılan çoxlu sümüklər bunu sübut edir.

Ballı qaya – Sım kəndində yerləşən Ballı qayadan açılan mənzərə möhtəşəmdir. Burada siz həm piknik edə, həm də təbiətin qoynunda gözəl şəkillər çəkə bilərsiniz.

Astarada gedə biləcəyiniz kəndlərdən biri də Hamoşam kəndidir. Kənd təbiət mənzərələri ilə zəngindir. Sovet İttifaqının azərbaycanlılar arasında ən gənc qəhrəmanı Mirzə Cəbiyev bu kənddən olub. E.ə. 3-2-ci əsrlərə aid qadın və kişi abidəsi də bu kənddə tapılıb. Hal-hazırda Tarix-Diyarşünaslıq muzeyində saxlanılır. Vulkan mənşəli qayalar təbiət möcüzəsi yaradıb. Hamoşam ərazisindəki dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən “Sepestenux” adlanan mağarada ibtidai insanlar yaşayıblar.

Kafu qalası – Hamoşam kəndindən 6 kilometr aralıda yerləşir. Ehtimal olunur ki, qala xalq qəhrəmanı Babəkin ərəb işğalçılarına qarşı müharibədə sığınacaq istehkamlarından biri olub. Qalanın böyük hissəsi yerin altında qalıb.

Bi yaylağı – “Qızmar günəş altında” filminin bir çox səhnələri burada çəkilib. Buradan əzəmətli Şindan qalası aydın görünür. Şindan qalasına gedən yolda tarixi tam bəlli olmayan, albanlara məxsus olduğu ehtimal edilən 5 məzar var. Məzar daşlarının tarixi, üzərində olan naxışları hələ ki kəşf edilməyib.

VII əsrə aid Şindan qalası Şindan dağının başında salınıb. Hündürlüyü 18 metrdən çoxdur və dəniz səviyyəsindən 1826 metr yüksəklikdə, İranla sərhəddə yerləşir. Mühafizə məqsədilə tikilib və Babəkin strateji obyektlərindən biri hesab olunur.

Şi və ya Siçr şəlaləsi – Astaranın ən hündür şəlaləsidir və əlçatmaz yerdə yerləşir. Burada tarixi bəlli olmayan məzarlıq var. Şəlaləyə yalnız bələdçi ilə getmək olar. Yolu uzun və cəngəllikdir.

Lövəyin gölü (su anbarı) – 1967-ci ildə istismara verilib. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 kilometrlik kanal vasitəsilə su anbarına verilir. Lövəyin gölü ətrafında gözəl şəkillər çəkmək olar.

Son xəbərlər

Kriminal
Bu gün, 17:13

Lənkəranda piyadanı vurub qaçan sürücü şikayətçidir

İqtisadiyyat
Bu gün, 15:58

Masallıda elektrik şəbəkəsi 8,2 milyon manata yenilənəcək

Bütün xəbərlər
Bu gün, 15:00

Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edildi

Bütün xəbərlər
Bu gün, 14:04

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:10

Cəlilabadlı veteran statusunu 30 il sonra aldı

Bütün xəbərlər
Bu gün, 12:03

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

Cəmiyyət
Bu gün, 10:54

Biləsuvarın bəzi əraziləri qazsız qalacaq

Bütün xəbərlər
Bu gün, 10:10

Ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

Cəmiyyət
Bu gün, 09:18

Lənkəranda altı mindən çox abonent İŞIQSIZ QALACAQ

Bütün xəbərlər
Bu gün, 08:45

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Dünən, 16:59

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

Bütün xəbərlər
Dünən, 15:49

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Cəmiyyət
Dünən, 14:54

174 minə yaxın insan aylıq sosial müavinət alıb

Bütün xəbərlər
Dünən, 14:01

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 11:56

Azərbaycan nefti 117 dollardır

Bütün xəbərlər
Dünən, 11:00

Lənkəranlı tanınmış müəllimə vəfat edib

Bütün xəbərlər
Dünən, 10:01

Lerikli Vətən Müharibəsi Qəhrəmanımızın ad günüdür

Faydalı
Dünən, 09:06

Lənkəranın bu əraziləri işıqsız qalacaq

Cəmiyyət
19 may 2026, 17:10

Ötən dövr ərzində nikah və boşanmaların sayı məlum olub

Mədəniyyət
19 may 2026, 16:01

Əlikram Bayramov: "İndi öz həyatımı yaşayıram"

Faydalı
19 may 2026, 15:01

Gələn həftə ardıcıl 5 gün iş olmayacaq

İqtisadiyyat
19 may 2026, 14:02

Sabah pensiyalar tam ödəniləcək

Bütün xəbərlər
19 may 2026, 13:00

Sabahın hava proqnozu açıqlanıb

Oxşar xəbərlər