top
Astarada xan nəslindən olan Həmid Şabanoğlunun 150 ilə yaxın yaşı olan evi
27 dekabr 2022, 02:00
- +

Astarada xan nəslindən olan Həmid Şabanoğlunun 150 ilə yaxın yaşı olan evi

Həmid Şabanoğlunun evi Astara rayonunun Pensər kəndində yerləşir. Bu ev 1878-ci ildə inşa edilib [1].

Astaranın xan nəslindən olan Həmid Şabanoğlu Cənub bölgəsinin tanınmış, imkanlı şəxslərindən biri olub. O, həmçinin xeyriyyəçi kimi də tanınıb. Həmid Şabanoğlu, eyni zamanda yerli əhalini bir çox məqamlarda müdafiə edib. Bu isə onunla rusların və ermənilərin arasında münaqişələrin yaranmasına səbəb olub. Bu ev Həmid Şabanoğlunun ölümündən sonra iki dəfə talan edilərək yandırılıb [2].

Ev sonradan bərpa edilib. 1920-ci illərdə kənddəki rus-tatar məktəbi iki ilə yaxın bu evdə fəaliyyət göstərib [3].

Həmid Şabanoğlunun evi 1950-ci illərdə Astarada bir çox kəndləri yuyub aparan seldən qurtula bilib. Ev sakini Bəhruz Şabanov bu tikilinin möhkəm olmasını bu cür izah edib: “...10-15 kərpic yerin altındadır, bünövrəsi çox möhkəmdir. Divarların qalınlığı yuxarı hissədə 80 sm, aşağıda isə 1 metr 20 santimetrdir.”

Ev düzbucaqlı formadadır və qırmızı kərpicdən inşa olunub. Bu tikilinin pəncərələri və qapıları göy rəngdədir və taxtadan hazırlanıb.

Həmid Şabanoğlunun tüfəngi, xəncəri, sandığı və şəxsi əşyaları bu günədək həmin evdə qorunur [2].

Ədəbiyyat:


  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  2. https://www.youtube.com/watch?v=r1rfTNGPmco&t=34s

  3. https://sputnik.az/20200326/Hac-Osmann-onu-yada-salmayan-yadigar-yz-on-skkiz-yal-binann-maraql-karmas-423391433.html


[URIS id=31191]

Son xəbərlər

İdman
Bu gün, 09:50

Nəriman Axundzadənin "Erzurumspor"da ilk müsahibəsi - VIDEO

Bütün xəbərlər
Bu gün, 09:16

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:56

Arazı üzərək Azərbaycana keçən əfqanlar TUTULDU

Bütün xəbərlər
Dünən, 17:31

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 16:58

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:27

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:56

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 15:25

Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib

Bütün xəbərlər
Dünən, 14:53

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 14:14

Bir gündə 55 cinayət açıldı

İqtisadiyyat
Dünən, 13:40

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Kriminal
Dünən, 13:05

Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Kriminal
Dünən, 12:36

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:05

Saatlılı bankir evində ölü tapıldı

Kriminal
Dünən, 11:33

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 11:00

Şəhid Elkiyar Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:30

Şuşa fatehinin atası vəfat etdi

Bütün xəbərlər
Dünən, 09:54

Cəlilabadda qəza: Xəsarət alanlar var - VİDEO

Cəmiyyət
Dünən, 09:19

İmişlidə uşaq velosipedlə traktorun altında qaldı

Bütün xəbərlər
06 avqust 2026, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
06 avqust 2026, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
06 avqust 2026, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
06 avqust 2026, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
06 avqust 2026, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

Oxşar xəbərlər