top
Özünü maşından atdı, yerində öldü - Masallıda faciə
12 may 2025, 06:00
- ↺ +

Özünü maşından atdı, yerində öldü - Masallıda faciə

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.

Qafqazinfo.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.

Belə ki, hadisədən əvvəl F.Talıbov özünə məxsus “Mercedes Vito” markalı avtomobili digər nəqliyyat vasitəsinə qoşaraq ustaya aparmaq istəyib. O, özü yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib və yola çıxıblar. Lakin kənd ərazisində hərəkətdə olarkən xüsusi trosla qarşıdakı avtomobilə bərkidilmiş “Mercedes Vito” idarəetmədən çıxıb.

Bunu görən Fəyyaz maşının aşacağını düşünərək avtomobilin qapısından özünü atmaq qərarına gəlib və belə də edib. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks tərəfdən gələn digər “Mercedes” markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun həyatını itirməsində özünü yola atarkən aldığı xəsarətlər və ya əks tərəfdən gələn maşının zərbəsinin həlledici olması hələlik məlum deyil.

Bildirilir ki, yolun ortasında qalmış F.Talıbovu vuran avtomobilin sürücüsü Osman Gözəlov hadisə yerindən yayınıb. O, dünən Bakı şəhərində tutulub və Masallıya aparılaraq istintaqa təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
23 sentyabr 2026, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
23 sentyabr 2026, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
23 sentyabr 2026, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
23 sentyabr 2026, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
23 sentyabr 2026, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

Oxşar xəbərlər