Lənkəranda yol problemi aktuallığını qoruyub saxlayır.
Şəhər sakinlərindən Cenublu.az-a daxil olan şikayətə görə, Hənifə Abdullayev küçəsində də yol problemi hərəkət edənlər üçün çətinlik yaradır.
Belə ki, “hərbçilər binası”nın yolları bərbad vəziyyətdədir və yoldakı çalalar yağış suları ilə dolur. Bu da, təbii olaraq nəqliyyat vasitələri ilə və piyada şəkildə hərəkət edən sakinlərə əziyyət verir.
“Bu məhəllədə qazi və şəhid ailələri də yaşayır”, - deyə bildirən sakinlər yolların təmir edilməsini aidiyyəti qurumlardan xahiş edirlər.