Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, minik avtomobili Lənkəran rayonunun Osaküçə kənd sakini, 18 yaşlı Ləman Niftullayevanı vurub.
Piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.