Lənkəran Dövlət Universitetinin 3-cü korpusunun qarşısındakı yolda piyada keçidi silinib. Bununla bağlı sakinlər Cenublu.az-a müraciət ediblər.
Söhbət Hacı Zeynalabdin Tağıyev küçəsindən gedir.
Belə ki, təhsil ocağının qarşısında “piyada keçidi” nişanının olmasına baxmayaraq, piyada zolağının silinməsi sürücülər və piyadalar üçün təhlükə yaradır.
Sakinlər aidiyyəti qurumlardan məsələnin həll olunmasını xahiş edirlər.