Dünən gecədən Lənkəran şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində problem yaranıb.
Cenublu.az xəbər verir ki, 1-ci mikrorayon və Digah kəndinin bir hissəsi işıqsız qalıb.
Sakinlərin bildirdiyinə görə, gecə saat 3-4 radələrində elektrik enerjisi kəsilib və bu vaxta verilişi qədər bərpa olunmayıb.
Problemin əraziyə yağan güclü yağış nəticəsində yarandığı ehtimal olunur. Lakin aidiyyəti qurumlardan hər hansı bir rəsmi məlumat verilməyib.