Astarada beton səddə çırpılan avtomobil YANDI - VİDEO
Astara rayonunun Ərçivan qəsəbəsində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı beton səddə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.
Unikal.az xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.