Bu gün Vətən müharibəsi şəhidimiz Maarif Əliyevin doğum günüdür.
Maarif Təbriz oğlu Əliyev 1994-cü il sentyabrın 9-da Neftçala şəhərində anadan olub.
O, 2016-cı ildə baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Maarif Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
"Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.